
"Şimali Koreya hökuməti sualtı qayıqdan atılan ballistik raketlərin sınağına hazırlaşır".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisləri məlumat veriblər. Onların sözlərinə görə, peykdən çəkilən görüntülər bunu göstərir: “Görüntülərə əsasən deyə bilərik ki, ya sualtı qayıqdan ballistik raket atılacaq ya da avadanlıqların təmiri üçün hansısa işlər başladılıb”.
Mütəxəssislər həmçinin bildirib ki, hazırda ərazidə raketli bir nəqliyyat vasitəsi görünmür.