Son 24 saat ərzində dünyada koronavirusa yoluxma halı ən çox Türkiyədə qeydə alınaraq günlük siyahıda 2-ci pilləyə qalxıb.
Yeniavaz.com “worldometers”ə istinadən xəbər verir ki, ötən gün Türkiyədə koronavirusa yoluxma halı 42 min 551 nəfər olub. Bundan əlavə son sutkada Türkiyədə 193 nəfər koronavirusdan dünyasını dəyişib.
1-ci pillədə 96 min 557 nəfərlə Hindistan olub. Siyahı ABŞ, Braziliya, İran və digər ölkələrlə davam edib. Avropada isə ən yüksək göstərici 10 min 793 yoluxma faktı ilə Fransada qeydə alınıb.