Ermənistanda aparılan testlər nəticəsində 10 nəfərdə koronavirusun “İngiltərə ştamı” aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, Ermənistanda koronavirusa yoluxma hallarının artması kütləvi qapanmalara gətirib çıxaracaq.
Qeyd edək ki, Ermənistanda bu günə qədər 194 min 852 nəfər koronavirusa yoluxub, 4 min 456 nəfər isə dünyasını dəyişib.