Qarabağdan qaçan ermənilər "Mehri koridoru"na yerləşdirilir - FOTOLAR


Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdikdən sonra, Qarabağdan qaçan ermənilər üçün Ermənistan ərazisində yeni evlər tikilir.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Qarabağdan qaçan ermənilər üçün Zəngəzurda – Mehri rayonunun Nüvədi kəndində 30 evin tikilməsi planlaşdırılır.
Mehri İnkişaf Fondu adlı qurum tərəfindən tikiləcək evlər üçün yardım kampaniyası keçirilir. 
Qeyd edək ki, 1991-ci ilə kimi azərbaycanlıların yaşadığı Nüvədi kəndinin bir hissəsində sonradan ermənilər məskunlaşsa da, kəndin böyük hissəsi dağıdılaraq xarabalığa çevrilib.
Onu da bildirək ki, “Mehri koridoru” olaraq adlandırılan və yenidən açılması gözlənilən Bakı-Naxçıvan dəmir yolu xətti Nüvədi kəndi ərazisindən keçir. Belə görünür ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla, o cümlədən də Türkiyə ilə birləşdirəcək starateji əhəmiyyətli bu dəhlizdə erməni əhalinin sayını artırmağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top