Ermənistanın baş qərargah rəisi Artak Davtyanla Qarabağdakı sülhməramlı qüvvələrin başçısı Rüstəm Muradovun görüşü barədə xəbər fotolar Ermənistan müdafiə nazirliyinin rəsmi saytından silinib.
Yeniavaz.com xəbər verir ki, buna səbəb görüşdə Rüstəm Muradovun qarşısına qoyulan Rusiya bayrağının tərs asılması olub.
Xatırladaq ki, Ermənistan müdafiə nazirliyi tərəfindən yayımlanan Muradov-Davtyan görüşünün fotolarında Muradovun qarşısına qoyulan rus bayrağı tərs asılıb. Belə ki, Rusiya bayrağındakı rənglər normalda ağ, göy, qırmızı şəklində sıralanır. Ancaq, Rüstəm Muradovun qarşısına ermənilər tərəfindən qoyulan bayraqda rənglər qırmızı göy, ağ şəklində sıralanıb.