Türkiyə və İsrail diplomatik münasibətlərin yaxşılaşdırılması üçün hərəkətə keçib
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıb. Onların sözlərinə görə, hazırda hər iki ölkəninin üç il əvvəl geri çağrılmış səfirliklərinin qarşılıqlı surətdə bərpa edilməsi üçün danışıqlar gedir.
Qeyd edək ki, Türkiyə İsraildən öz səfirini 2018-ci ilin may ayında sabiq ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və etirazda iştirak edən 60 fələstinliyə qarşı zorakılıq tətbiq edilməsi səbəbilə geri çağırmışdı.