ABŞ ordusuna aid rəsmi səhifədə qəribə tvit yayımlandı


ABŞ ordusunun Strateji Komandanlığının rəsmi “Twitter” hesabında qəribə bir mesaj yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, yayımlanan naməlum mesaj qısa müddət sonra silinib. Ancaq, silinməzdən qabaq 11 min dəfə oxunan tvit insanlar arasında müxtəlif fikirlərin yayılmasına gətirib çıxarıb.
Şərhlərdə bəzi insanlar həmin tviti şifrəli mesaj kimi, bəziləri müharibənin başlayacağına işarə, bəziləri isə sadəcə səhv kimi qəbul edib.
ABŞ ordusunun Strateji Komandanlığı tvitin ardından başqa bir tvit yayımlayaraq, “ortaya çıxan qarışıqlığa görə üzr istəyirik” deyə bildirib.
Daha sonra “Twitter” hesabının idarəçisi azyaşlı uşaq tərəfindən həmin mesajın yazıldığı açıqlayıb.


 

DİGƏR XƏBƏRLƏR

Top