Azərbaycanda daha 2 məktəb koronavirusa görə bağlandı


Ağdaşda daha iki orta məktəb distant təhsilə cəlb olunub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Ağdaş şəhər S.Vurgun adına 1 saylı tam orta məktəb və şəhər 5 saylı tam orta məktəbdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesi distand təhsilə keçirilməsinə qərar verilib. Məlumata görə, hər iki məktəbdə 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu gün səhər saatların etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər iki məktəbin girişi və daxilində bütün otaqlar, idman zalı dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilindı bu günə kimi rayon üzrə təhsil müəssilərində 40 şagirddə, 10 müəllimdə covid-19 virusu aşkar edilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top