Şəhərdə maşın sürən “COVID-19” xəstəsi saxlanıldı


Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtanqinin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

C.Vaxtanqi idarə etdiyi “VAZ 2107” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top