Türkiyədə ağır qəza: 3 ölü, 10 yaralı - VİDEO


Türkiyədə ağır qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Akçakoca ilə Sakaryanın Kocaeli qəsəbəsi arasında, keçmiş İstanbul magistral yolunda baş verib.
Belə ki, İstanbul şəhəri istiqamətində hərəkətdə olan sərnişin avtobusu qarşıdan gələn minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilində olan 4 nəfərdən 3-ü hadisə yerində ölüb, digəri isə yaralanıb.
Beton maneələrə çırpılaraq dayanan avtobusun sərnişinlərindən 9 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayıda təcili yardım və polis əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalar aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top