Xəbər verdiyimiz kimi, Türkiyədə açılan atəş nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.
Yeniavaz.com xəbər verir ki, Türkiyə mətbuatı hadisənin İstanbulun Beşiktaş rayonundakı otellərin birində baş verdiyini yazıb.
Bildirilir ki, Azərbaycan vətəndaşı olan 40 yaşlı Nihad Əliyev 3-ü qız olmaqla 6 nəfərlə birgə otelə gəlib. Oteldə olduqları zaman Nihad Əliyev üzərindəki tapançanı çıxararq başına dayayıb və içərisində mərminin olmadığını bildirib. Şahidlərin ifadələrinə görə, dostları ondan bu cür zarafat etməməsini istəyiblər və bu zaman atəş açılıb. Ağır yaralanan Nihad Əliyev xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, bakupost.az vəfat edən şəxsin SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğunu yazıb.
Bildirilir ki, Nihad Əliyev Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.