69 yaşlı Yevlax sakini itkin düşüb


Yevlax şəhər sakini 1952-ci il təvəllüdlü Məmmədov Ağamusa Məhəmmmədəli oğlu martın 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, evdən çıxarkən onun üzərində boz rəngdə jilet, jaket, şalvar və qara rəngli ayaqqabı olub.

Ağamusa Məmmədovu görənlərdən Yevlax Rayon Polis Şöbəsinin 0223364502, 0514681111 və ya itkin düşən şəxsin ailəsinə məxsus 0558580148 nömrələri ilə əlaqə saxlamağı xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top