Paşinyanın "qırıcılarımız silahsız idi" ifadəsi öz sözləri ilə yalanlandı - FOTO


Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti yalanı ifşa edilib.
Yeniavaz.com
"news.am"a istinadla xəbər verir ki, Paşinyanın dünən verdiyi açıqlamalar Ermənistanda səs-küyə səbəb olub. Belə ki, Paşinyan Rusiyadan alınan SU-30SM qırıcı təyyarələrində raketlərin olmadığını iddia edib. Ermənistanın Müdafiə Nazirliyinin sabiq rəsmiləri isə bu məlumatın tamamilə yalan olduğunu, qırıcı təyyarəni raketsiz satın almanın gülünc hal olduğunu açıqlayıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə Paşinyanın bu sözlərini onun "facebook" statusu vasitəsilə yalanlayıblar. Ermənistanın baş naziri 2020-ci ilin iyul ayında sosial şəbəkədə yazdığı statusda, "qırıcı təyyarələr uçuş həyata keçirdi, bütün hədəflər yüksək dəqiqliklə vuruldu"-deyə bildirib. Paşinyan sonuncu çıxışında isə bir neçə ay qabaq dediyi  öz ifadələrini təkzib edib. 

DİGƏR XƏBƏRLƏR

Top