Prezidentin “Azərxalça”ya sədr təyin etdiyi Emin Məmmədov hansı tanınmış şəxsin oğludur? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Emin Səlhab oğlu Məmmədov bu vəzifəyə qədər Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub.
Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
Qeyd edək ki, Emin Məmmədov Azərbaycanın tanınmış rəssamı Səlhəb Məmmədovun oğludur. Səlhab İsa oğlu Məmmədov Şəki rayonunda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professordur.
Emin Məmmədovun qardaşı Elxan Məmmədov isə AFFA-nın Baş Katibidir.

DİGƏR XƏBƏRLƏR

Top