Erməni millət vəkili istefa verib gizli məlumatları açıqladı


Paşinyanın partiyasından istefa verən erməni millət vəkili Taquhi Tovmasyan hökumət barədə yeni məlumatlar yayıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Tovmasyan yeni sənədlər yayaraq bildirib ki, İnterpol Ermənistanın sabiq baş prokuroru Gevorq Kostanyanla bağlı sorğusunu rədd edib. Belə ki, Paşinyan hökuməti Kostanyanın dindirilməsi üçün xaricdən ekstradisiya olunması üçün İnterpola müraciət edib. Ancaq, İnterpol sabiq baş prokurorun işini siyasiləşmiş iş adlandırıb və axtarılmasının İnterpol qanunlarına zidd olduğunu bildirərək sorğunu rədd edib. 
Qeyd edək ki, son günlər Ermənistanda bir çox rəsmi şəxs istefa verərək hakimiyyətə qarşı açıqlamalar verməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top