Xalq artistinin nəvəsi dünyasını dəyişdi


Tanınmış rejissor, xalq artisti Vaqif Əsədovun nəvəsi qəfildən dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a Gənc Tamaşaçılar Teatrından məlumat verilib. Bildirilib ki, xalq artistinin nəvəsi Emil Əsədov Ukraynada təhsil alırmış.

Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və bütün kollektiv adından dərin hüzünlə başsağlığı verib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Vaqif Əsədovun oğlu Oqtay Əsədov da dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top