Ermənistanın dövlət agentliyində İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nitqi yayımlandı - FOTO


Ermənistanın dövlət informasiya agentliyi "Armenpress"in saytı hakerlər tərəfindən sındırılıb.
Yeniavaz.com 
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistanın dövlət agentliyi bunun azərbaycanlı hakerlər tərəfindən edildiyini iddia edir.
Belə ki, "Armenpress"in saytında bir saatdan artıq müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nitqi olan videoyazısı yayımlanıb.
Erməni mətbuatı son zamanlar Azərbaycan və Türkiyədən erməni xəbər saytlarına kiberhücumların artdığını yazır. 
2020-ci ili Ermənistanın informasiya təhlükəsizliyi sferasında ən ağır il kimi qeyd edirlər. Media eksperti Samvel Martirosyan hətta iddia edib ki, kiberhücumlar nəticəsində DİN, Müdafiə Nazirliyi və s. qurumlardan böyük həcmdə məlumat sızması qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top