Milli Məclisin gündəliyində dəyişiklik edilib


Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.

Bu iclasda “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iclasın gündəliyinə yalnız Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi daxil idi.

Sözügedən qanun layihəsinin gündəliyə daxil edilməsi ilə proqramdakı məsələlərin sayı iki təşkil edib.

İclas martın 16-da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top