Milli Məclisin gündəliyi dəyişdi - Hesablama Palatası ilə bağlı məsələyə baxılacaq


Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, toplantının gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi daxil edilib.
Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.
Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top