Ukrayna Krımın azad edilməsi strategiyasını təsdiqlədi


Ukrayna Xarici İşlər Nazirliyi Krımın azad edilməsi və yenidənqurma strategiyasının təsdiqləndiyini bildirib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba öz tviter səhifəsində məlumat verib. Nazir açıqlamasında bu sənədin 2014-cü ildən bəri qəbul edilməli olduğunu bilidirib:
"Mesajımız aydındır, biz dünyanı Krımın bizə qaytarılması üçün köməyə çağırırıq. Ukrayna da həmçinin prezident Vladimir Zelenskinin rəhbərliyi altında bu iş üçün səylər göstərir".
Kuleba Krımın geri alınması üçün 3 addım lazım olduğunu vurğulayıb. Nazir bildirib ki, birinci addım hazırda qəbul edilmiş strategiyadır. Nazir növbəti addımlarda isə Krım platformasında tərəfdarların iş birliyinin vacibliyini, eləcə də Krımda beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu diqqətə çatıdırıb.

DİGƏR XƏBƏRLƏR

Top