Ebola virusu yenidən yayılmağa başlayır


Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Təqib Xidməti (Rospotrebnadzor) ebola virusu barədə yeni məlumat yayıb. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, “Rospotrebnadzor”un rəhbəri Anna Popova Afrika ölkələrində ebola virusunun sürətlə yayıldığını açıqlayıb. O bildirib ki, əgər xəstəlik nəzarətə götürülməsə yay aylarında daha da artacaq:
“Qvineya yay aylarına qədər ebola virusunun ocağına çevrilə bilər. Hazırda həkimlərimiz orada vəziyyətin yaxşılaşması üçün əllərindən gələni edirlər. Avqust ayından bəri işlər davam etdirilir. Qvineyada ebola ilə yanaşı koronavirus da yayılır, bu istiqamətdə işlər görülməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top