"Nur" ailəsinin üzvləri şəhid analarını təbrik etdi - FOTOLAR


Mingəçevir “Nur”qrupunun üzvlərinin təşəbbüsü ilə bir qrup gənc, könüllü olaraq Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini  mütamadi olaraq ziyarət edir, gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanırlar.
Yeniavaz.com xəbər verir ki, bu dəfə gənclər Azərbaycanın suverenliyi uğrunda canlarından keçib şəhid olan igidlərimizin analarını ziyarət edib, onların 8 Mart Qadınlar Bayramını təbrik ediblər.
“Nur” qrupunun həmtəsisçiləri Etiram Sadıqzadə,Türkan Əkbərova və 20-ə yaxın könüllü şəhid analarına gül dəstələri və hədiyyələr təqdim ediblər.
Gənclərimiz qeyd ediblər ki, şəhidlərin xatirəsi daim uca tutulacaq, şəhid ailələri və onların övladlarının xatirəsi heç zaman unudulmayacaq,  bu təşəbbüs gələcək nəsillərə də örnək olaraq ötürüləcək.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top