Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib - FOTO - YENİLƏNİB


Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.
Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn ediləcək.

***08:00

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. 

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top