YAP-ın İdarə Heyətindən çıxarılan bəzi şəxslərin adları məlum olub - YENİLƏNİB


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Əli Həsənov (Prezidentin keçmiş köməkçisi) və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

AMEA rəhbəri Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib (R.Mehdiyev bu günədək partiyanın Siyasi Şurasının üzvü idi)

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

*** 
PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.

Həmçinin Hacıbala Abutalıbov, Abel Məhərrəmov, Kərim Kərimov, Arif Rəhimzadə, Nurlana Əliyeva, Vaqif Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev də İdarə Heyətindən uzaqlaşdırılıb.

Partiyanın yeni İdarə Heyəti formalaşıb. 

Deputatlardan Cavid Osmanov, Tahir Mirkişili, Azər Badamov, Elşad Mirbəşir, Kamal Cəfərov, Ramil Məmməd, Şahin İsmayılov, Sadiq Qurbanov yeni İdarə Heyətində yer alıblar.

Əvvəlki 20 nəfərlik İdarə Heyətindən yeni tərkibdə Bahar Muradova, Əli Əhmədov, Mixail Zabelin, Vasif Talıbov yenidən yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top