Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi - YENİLƏNİB

Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimov ev həbsi şərtilə azadlığa buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib. 

***11:48
Terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.
Xatırladaq ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında azadlığa buraxılmasını tələb edib. Bildirilib ki, cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər: "Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, ittiham olunan şəxsin cinayətə görə nəzərdə tutulan cəzanın müddəti, onun həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər".

DİGƏR XƏBƏRLƏR

Top