Ruhani nüvə razılaşmasından danışdı


İran İslam Respublikasının prezidenti Həsən Ruhani nüvə razılaşması ilə bağlı danışıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran prezidenti bu barədə ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək layihələrin açılışı ilə bağlı konfransda çıxış edərkən məlumat verib:
“Diplomatiya yolu ilə beynəlxalq məsələlərin həll olunmasını istəyirlərsə, yeganə yol sanksiyaların qaldırılmasıdır. Sanksiyalar diplomatiya üçün əngəldir. ABŞ sanksiyaları ləğv edərsə, daha isti münasibətlər olacaq”.
Prezident həmçinin Fransa, Almaniya və İngiltərənin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətindən İrana qarşı qərar qəbul etmək cəhdlərindən danışıb:
"Bizimlə dost olduqlarını iddia edən bəzi Avropa ölkələri bu gün və ya sabah agentlikdən İran əleyhinə qərar qəbul etməsini istəyirlər. Onlara belə bir şey etməmələrini tövsiyə edirəm. Agentliyə əməkdaşlığımızın pozulmasına imkan verməməyi məsləhət görürəm. Agentlik siyasi məsələlərin yeri deyil. Nüvə fəaliyyətlərimiz 100 faiz dinc xarakterlidir. Agentliyin yoxlamalarını rahat bir şəkildə həyata keçirməsini istəyirik".

DİGƏR XƏBƏRLƏR

Top