Fiziki məhdudiyyətli müəllimənin atası: “Nailənin elektron əlil arabasına ehtiyacı var” - FOTOLAR


Mingəçevirdə I qrup əlil müəllimənin sizin dəstəyinizə ehtiyacı var.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir sakini Nailə Hüseynova hazırda repetitorluq fəaliyyəti ilə məşğuldur. O bildirir ki, əlilliyi anadangəlmə olsa da, valideyinləri bunu, o 3 yaşında olanda hiss ediblər. Bir çox müəalicələr alsa da, sonda heç bir nəticə olmayıb və uzun illərdir ki, əlil arabasına məhkum olub. Onun hazırda 100-ə yaxın şagirdi var və hazırladı şagirdlərin hamsı ali məktəblərə qəbul olur.
Nailə müəllimə deyir ki, yaşlandıqca səhhətində problemlər yaşanır. O bildirir ki, artıq 38 yaşı var və bu mərhələyə qədər atası Həbib kişi də onunla bərabər addımlayıb. Orta məktəb illərindən, ta universitet həyatına kimi atası onu qollarında daşıyıb. Bu gün artıq atanın 72 yaşı var. Bu yükü çəkməyə çətinlik çəksə də övladı üçün müəyyən şərait  yaradıb.
Həbib Hüseynov bildirir ki, qızınn rahatlığı üçün evin eyvan hissəsindən xüsusi lift quraşdırıb: “Onun oxuyub təhsil alması üçün mən də onunla bərabər oxumuşam desəm, yalan olmaz. Artıq 72 yaşım var, çətinlik çəkirəm. Evimiz yuxarı mərtəbədə olduğuna görə dəyişib aşağı mərtəbədə qalırıq. Birinci mərtəbə olsa da, eyvan hissəsində lift çəkdirmişəm. Sağ olsun, şəhərin icra başçısı bizə icazə verdi, biz bu lifti quraşdırdıq. Amma mən imkanlı şəxslərə üzümü tutb deyirəm ki, Nailənin elektron əlil arabasına ehtiyacı var. Biz valideyinləri həmişə onun yanında olmayacağıq. İstəmirəm ki, qızım bu yaşından sonra evə qapanıb qalsın”.
Nailə xanım deyir ki, elektron əlil araba üçün bir çox yerlərə müraciət edib, amma səsinə səs verən olmayıb: “Bu günə qədər şagirdlərimin sevgisi ilə yaşayıram. Onların sevgisi başqadır. İstəmirəm ki, evə qapanıb qalam. Amma artıq yaş-üstünə yaş gəldikcə, hiss edirəm ki, qollarımda da taqət qalmayıb. İşləməyim üçün müasir şəraitdən istifadə etməliyəm. Məsələn, elə götürək aid lövhəni. Elektron löhvə mənim yükümü bir az azaldar. Amma bunu almağa imkanım yoxdur. Mən əlilliklə bağlı kompleks yaşamamışam. Valideyinlərimlə şəhərə gəzməyə də çıxıram. Amma elektron əlil arabası olsa, heç kimə daha əziyyət vermərəm. Bu yaxınlarda bizi  Mingəçevir Mərkəzi Xəstəxanasına dəvət etdilər ki, I qrup əlillər üçün elektron arabalar gəlir .Bununla bağlı komissiya təşkil olunmuşdu. Bizə bildirdilər ki, forma 28-i Yevlaxda yerləşən “VTEK”ə çatdırın. Lakin ordan bizə dedilər ki, belə bir şey yoxdur, araba ancaq Qarabağ əlillərinə verilir. Daha sonra ATV kanalında yayımlan Zaurun verlişinə müraciət etmişəm. Düzdür, ona araba deməmişdim, o mənə bəzi yerlərə gəzinti üçün söz vermişdi, o da sözünə əməl etmədi”.
İnsanda fiziki məhdudiyyətin olması nə dünyanın sonu deməkdir, nə də hansısa məqsədə əngəl... Biz inanırıq ki, imkanlı şəxslər fiziki məhdudiyyətli müəllimənin səsinə səs verəcək, ona imkan daxilində bir elektron əlil arabası və elektron löhvə təşkil edəcəklər.
Əlaqə tel: 050 492 25 74




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top