Azərbaycanlılar və ermənilər fevral ayında "Google"da nə axtarıb? – SİYAHI


Fevral ayı ərzində Azərbaycanda internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox Xocalı soyqırımı ilə bağlı sözləri axtarışa veriblər.
Yeniavaz.com "Google"nin açıqladığı nəticələrə istinadən bildirir ki, son bir ay ərzində Azərbaycanda internet istifadəçiləri “xocali faciesi", “xocaliya aid seirler”, “xocalı soyqırımı” kimi ifadələri axtarış sisteminə yazıblar.
Bunlardan əlavə fevral ayında Google" üzərindən ən çox "randevu its gov az”, “suret karqo.az”, "edv daxil ol”, “погода баку” kimi ifadələri yazaraq axtarışa veriblər.
Azərbaycanda internet istifadəçilərinin fevral ayı ərzində axtarışa verdiyi sözlər arasında “sohret memmedov olarmi”, “mübariz ibrahimov”, “netice az” kimi ifadələr də ilk sıralarda yer alıb.
Məlumat üçün bildirək ki, son 30 gün ərzində Ermənistanda internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox “caxikner dzyan tak” ifadəsini axtarışa veriblər. Bu Ermənistan televiziyalarında yayımlanan “Qarlar altında çiçək” adlı bir serialdır. Serialda 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən əsir götürülən və 25 ildən sonra Ermənistana qayıdan erməni əsgərdən bəhs edir. Ermənilərin fevral ayında ən çox axtardığı sözlər arasında “champions league”, “հովհաննես թումանյան” (“hovhannes tumanyan”), “ajarapet” (onlayn qumar oyunları), “kurs rubli” kimi ifadələr yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top