ABŞ kəşfiyyatı: "Qaşıqçının öldürülməsi üçün əmri Şahzadə şəxsən verib"


ABŞ kəşfiyyatı müxalif jurnalist Camal Qaşıqçının qətlini Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın təşkil etdiyini deyib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, ABŞ-da hazırlanan hesabata görə, vəliəhd şahzadə şəxsən Qaşıqçının öldürülməsi üçün əmr verib. Buna səbəb isə müxalif jurnalistin krallıq üçün təhdid olması göstərilib. 
Xatırladaq ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda konsulluq binasına girdikdən sonra bir daha barəsində məlumat alınmamışdı. Daha sonra jurnalistin konsulluq binasında qətlə yetirildiyi məlum olmuşdu. Başladılan istintaq əlaqədar 21 nəfər saxlanılmışdı. Onlardan 5-nə qarşı edam cəzası tələb edilib.

DİGƏR XƏBƏRLƏR

Top