Tramp Nyu-Yorkun keçmiş merinə vəzifə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkun keçmiş meri Rudolf Culianini kibertəhlükəsizlik üzrə əlaqələndirici təyin edib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə D. Trampın qərargahı məlumat verib. Məlumatda deyilir ki, R. Culiani ekspert bilikləri, özəl sektorun təhlükəsizliyi ilə bağlı problemlər və özəl sektorda hazırlanan həllər haqqında təqdimatlarla bölüşəcək. 72 yaşlı R. Culiani 15 ildən artıqdır özəl sektorda təhlükəsizlik üzrə həllərin təqdimatı üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top