Qurumdan verilən məlumata görə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əsasnaməyə görə, aşağıdakı hallarda:I dərəcə əlillik müddətsiz təyin edilir:
• iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
• iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);• iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
• hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:• bir budun güdülü;
• bir əlin güdülü.III dərəcə əlillik müddətsiz təyin edilir:
• bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);• birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
• baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).