Vətən müharibəsi qazisi vəzifəyə təyin olundu

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə  dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top