Gəncədə gənclər üçün açılan kitab kafe - FOTOLAR + VİDEO


Gəncədə gənclərin diqqətini cəlb edəcək "Kitab qurdu" adlı kitab kafe açılıb. 
Bu barədə Yeniavaz.com-a kafenin sahibi Xəzər Qasımlı məlumat verib. Onun sözlərinə görə, kafeni açmaqda məqsədi gəncləri daha rahat bir dərs oxuma məkanı ilə təmin etmək olub:
"Gəncədə, tələbələrin rahat əyləşib dərslərini oxuyacağı bir yer yox idi. Məqsədimiz tələbələrin daha rahat şəkildə dərslərinə fokuslanacağı bir yer yaratmaq idi və alındı".




Məkanda diqqət çəkəcək digər məqam isə divara çəkilmiş ağacın üzərinə Vətən Müharibəsi vaxtı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın şəkillərinin yerləşdirilməsi olub. Bundan savayı divarlara həmçinin Mikayıl Müşfiq, türk şairi Orxan Vəli, Ömər Asaf, eləcə də şəhidimiz Aqşin İbadovun sözləri də həkk olunub.


DİGƏR XƏBƏRLƏR

Top