"Hakim oğluma bildirib ki, əlindəki çəliyi aşağıda qoy, qalx yuxarı" - Həbs olunan qazinin anası DANIŞDI


İkinci Qarabağ Savaşının iştirakçısı,  qazi Aydın Ağazadə Cinayət Məcəlləsinin oğurluq etməni nəzərdə tutan maddəsi ilə ittiham olunub və  4,3 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
 anews.az-a istinadla xəbər verir ki, bu barədə qazinin anası Sona Ağazadə məlumat verib: 
"2019-cu ildə oğlum Aydın Ağazadə  Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Daha sonra pandemiya ilə əlaqədar məhkəmə prosesi yarımçıq qalıb. Müharibə başladıqdan sonra könüllü olaraq döyüşlərə gedib. Müharibə zamanı qolunda və ayağından yaralanıb. Bununla bərabər başından travma alıb. Qayıtdıqdan sonra bir ay müddətində həm Mərkəzi Hərbi Hositalda, həm də Mirqasımov adına Respublika Klinik xəstəxanasında müalicə alıb. Hazırda müalicəsini davam etmək üçün müvəqqəti evə buraxılmışdı. Fevralın 2-si oğlum Cəlilabad məhkəməsi tərəfindən çağrılıb. Hətta hakim oğluma bilidirib ki, əlindəki çəliyi aşağıda qoy qalx yuxarı. Yanında heç kim olmadan məhkəmə elə yerindəcə  müalicəsi yarımçıq qalan oğlumu 4,3 il müddətinə həbs edib”, deyə Sona Ağazadə bildirib. 
Sona xanım onu da əlavə etdi ki, oğlu təqsirkar olduğunu etiraf edib və  günahını yumaq üçün müharibəyə şəhid olmaq istəyi ilə yollanıb.
"Oğlum etdiyi əməldən çox peşmandır. Ümid edirəm oğlumun günahı bağışlanar. Döyüşə də günahlarını yumaq üçün gedib.  Deyirdi şəhid olum, Allah günahlarımı bağışlasın.  Bizə hələ qətnamə təqdim olunmayıb. Olunsa  apellyasiya şikayəti  verəcəyik. Sosial vəziyyətimiz də yaxşı deyil. Heç bir yerdən gəlirimiz yoxdur. Oğlumun 2 uşağı var. Özü də 2-ci qrup əlildir. Bir qazi anası olaraq oğlumun bağışlanması üçün lazım olan qurumlardan dəstək olmasını xahiş edirəm”, deyə ana əlavə etdi.  
Vətən müharibəsi qazisi Cəlilabad rayon sakini Aydın Ağazadə  2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə saxlanılıb. 
Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.Məhkəmə hökmü qazinin məhkəməyə çağırıldığı gün fevralın 2-də verilibş 
O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib. 
İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.
Əsgər Aydın Ağazadə "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top