Bakının Niyazi küçəsində qəmbər daşlarının üzəri yenidən asfaltlanacaq

Bu il keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar fevral ayından Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, sonra isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanılacaq.

Bu barədə jurnalistlərə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına start veriləcək. May ayında - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılacaq.

2017-ci il üçün Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri əvvəlki ildəki kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə, trekin konfiqurasiyası dəyişməz olaraq, qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq.SalamNews

DİGƏR XƏBƏRLƏR

Top