Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanın əksər küçələrinə üzərinə “Xainləri qovun” yazılan kiçik vərəqələr atılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, küçələrə, metro stansiyalarına, dövlət idarələrinin qarşısına, avtobus dayanacaqlarına atılan onminlərlə vərəqənin kimin tərəfindən hazırlandığı rəsmi şəkildə açıqlanmasa da, mətbuatda yer alan məlumatlara görə bu kartları “Zərbə” (“Harvats”) adlı bir qrup hazırlayıb.