Zərif Türkiyəyə səfər edəcək


İranın Xarici İşlər naziri Cavad Zərif 6 tərəfli əməkdaşlıq platforması çərçivəsində diplomatik səfərlərini davam etdirir.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Zərif Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstandan sonra növbəti səfəri Türkiyəyə olacaq.
Onun Türkiyəyə gedişi bu həftənin cümə günü olacağı deyilir.
Qeyd edək ki, İran Xarici İşlər nazirinin qonşu ölkələrə səfəri Qarabağda çalınan qələbədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə bölgənin sülh və rifahı üçün yaradılması planlaşdırılan 6 tərəfli əməkdaşlıq platforması çərçivəsində həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top