Rusiyadan bir sıra beynəlxalq uçuşlar ləğv edildi


“Aeroflot” şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə şirkətdən bildirilib.

Xəbərə görə, “Aeroflot” şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib. 

28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.

DİGƏR XƏBƏRLƏR

Top