Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin edilə bilər

Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Bununla bağlı məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

H.Əfəndiyevanın hakim təyin olunması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. //Report

DİGƏR XƏBƏRLƏR

Top