Tramp 60 illik ənənəni pozdu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp son 60 il ərzində ölkə prezidentlətinin inauqurasiya mərasimlərinin şərəfinə keçirilən paradları şərh edən diktordan imtina edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 89 yaşlı Çarlz Brotnam 1957-ci ildən diktor qismində işləyib və ilk dəfə həmin vaxt prezident Duayt Eyzenhauerin andiçmə mərasimini şərh edib. O, ABŞ-ın 11 prezidentinin inauqurasiyasında diktor olub. Ç. Brotnom deyib ki, Ağ evin gələcək başçısının qərarı onun qəlbini sındırıb: “Mən bunu 60 ildi edirdim. Mən məhv edildim”. D. Tramp 89 yaşlı diktorun yerinə 58 yaşlı radio aparıcısı Stiv Reyi seçib.

DİGƏR XƏBƏRLƏR

Top