Xırdalanda partlayış zamanı dağılmış evlərin altından bir nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
 

***22.47

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, partlayış nəticəsində altı nəfər yaralanıb.

Ələzova Simayə Mövlud qızı - 1968 ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü

Musayev Vusal Firudin oğlu - 1983-cü il təvəllüdlü

Musayev Firudin Vusal oğlu - 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü

 
 

DİGƏR XƏBƏRLƏR

Top