Bakıda qadın intihar edib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Heydər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb.
Qadın hadisə yerində həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
***16:38
Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub.
Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, hadisə bu gün 15:10 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb.
15-ci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur. Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.