
Rusiya Müdafiə Nazirliyi itkin düşənlərlə bağlı mərkəzə çox sayda müraciətlərin daxil olduğunu açıqlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Rusiya MN ötən ilin noyabr ayında açılan qəbul mərkəzinə 2300-dən çox erməninin itkin düşən yaxınları ilə bağlı müraciət ünvanladığını bildirib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşən şəxslərin axtarışı, Rusiya sülhməramlı qüvvələri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə həyata keçirilir”. Bütün müraciətlər qeyd olunur, verilənlər bazasına əlavə olunur və birgə axtarış qruplarına köçürülür.