Paşinyan parlamentə "bronjilet"də gəlib - İDDİA+FOTO

Erməni politoloq və vəkil Robert Makaryanın iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jiletdə gəlib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz "facebook" hesabında yazıb.

“Ali qorxaq parlamentin iclasında güllə keçirməyən jiletdə idi? Video görüntülərə baxıram və aydın görünür ki, baş nazir vəzifəsini tutan şəxs köynəyinin altından nə isə geyinib. Bunu gözə çarpacaq dərəcədə dar köynək və pencəyi sübut edir. Qoy, mütəxəssislər fikirlərini bildirsinlər”, - deyə R. Makaryan qeyd edib.  
 

DİGƏR XƏBƏRLƏR

Top