Paşinyan: “20 yanvar günü mən bakılıları bir dəqiqəlik sükutla yad etdim” - FOTOFAKT


Bu gün Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın 23 il əvvəl - 11 fevral 1998-ci ildə "Molorak" qəzetində dərc olunan məqaləsinin surəti yayılıb.
Yeniavaz.com
xəbər verir ki, "Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqalədə Nikol Paşinyan 20 Yanvar hadisələrindən bəhs edib. 
Bildirilir ki, həmin məqalədə Paşinyan “günahsız Azərbaycan-türk qurbanları” yazıb. 20 Yanvar hadisəsinin gunahkarı kimi keçmiş SSRİ imperiyasını gunahlandıran Paşinyan məqalənin sonunu aşağıdakı cümlə ilə bitirib:
“20 yanvarda mən də 1990-cı il Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim. Başa düşürəm ki, Bakıda, Sumqayıtda, Şamuyanda, Fərqanədə, Adanada və 1915-ci ildə "qərbi Ermənistan"da  baş verən qırğınların səbəbkarı eyni əldir”.
Qeyd edək ki, Ermənistan müxalifəti Nikol Paşinyanı 23 il əvvəl yazdığı bu məqaləyə görə sərt tənqid edərək, onu xəyanətdə ittiham edirlər.

DİGƏR XƏBƏRLƏR

Top