Ötən il xaricdən Azərbaycana nə qədər narkotik maddə gətirilib?


Yola saldığımız 2020-ci ildə gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt qeydə alınıb. 
Yeniavaz.com
Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, ötən il ərzində gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 1 ton 475,7 kiloqram olub. 
Qeyd edək ki, əvvəlki ilin analoji dövründə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı bundan 22,4% və ya 426,5 kiloqram az olub.
Gömrük orqanları tərəfindən tutulan psixotrop maddələrin miqdarı isə 7,5 kiloqram olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisdə gömrük orqanları tərəfindən tutulan psixotrop maddələrin miqdarı isə təxminən 10 dəfə az olub.

DİGƏR XƏBƏRLƏR

Top