İndoneziyada zəlzələ və daşqın səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat verib. Bildirilib ki, ölkədə baş verən 6,2 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 96-ya çatıb. Mindən çox yaşayış binası dağılıb, 70 mindən çox insane isə hadisə yerindən təxliyə edilib.