Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın olub - VİDEO


Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın baş verib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, yanğın binanın 5-ci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, yanğının səfirliyin inzibati ofisinə keçməyib.
"Yanğın Azərbaycan səfirliyin qonşuluğunda baş verib. Bizim səfirliyə heç bir zərər dəyməyib", - XİN sözçüsü vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top