“Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, məktəblərin açılması ilə bağlı növbəti həftə Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcək və ətraflı məlumat veriləcək: “Məktəblərlə bağlı da müəyyən açılmalara doğru gediləcək və onun mərhələli, hansı formada olacağı deyiləcək”.