Azərbaycanda vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlandı


Azərbaycanda koronavirusa qarşı vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qrupuna aid olanlar açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Operativ Qərargahın brifinqində deyib.
Yüksək riskli qrupuna aid olanlar aşağıdakı kimidir: 
İlkin mərhələdə: Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyət.
İkinci mərhələdə: Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və yuxarı olan, ən az bir xroniki xəstəliyi olan şəxslər;Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi; Yüksək riskli şəraitli işlərdə çalışan şəxslər, o cümlədən cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan şəxslər. Yəni milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.

DİGƏR XƏBƏRLƏR

Top